“Keyn çox məyusdur” – Millinin baş məşqçisi
İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt iyunda başlayacaq AÇ-2024 öncəsi hücumçu Harri Keynin durumundan danışıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi, ingilis hücumçunun məyus olduğunu deyib:
“Məncə, Keynin daha çox motivasiyaya ehtiyacı yoxdur. Əlbəttə, Harri çox məyusdur, lakin təcrübə onun üçün müsbət oldu. Bu gün o, hər həftə qalib gələcəyi gözlənilən böyük klubda oynayır. İşlər plana uyğun getməyəndə bu, faciədir. Bu vəziyyətə öyrəşmək lazımdır, çünki İngiltərə milli komandasında hər şey eyni işləyir”.
Keyn bu mövsüm “Bayern”lə bir dənə də olsun kubok qazana bilməyib.
İngiltərə millisinin forvardı Almaniya Bundesliqasının bu mövsümündə 36 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin