Keyn Çempionlar Liqasında elə bir uğura imza atıb ki…
“Bayern”in hücumçusu Harri Keyn komandasının heyətində UEFA Çempionlar Liqasında ilk 20 oyununda birbaşa 20 qolda (15 qol və 5 məhsuldar ötürmə) iştirak edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Münhen klubunun tarixində Çempionlar Liqasındakı ilk 20 oyunundakı hansısa digər oyunçudan çoxdur.
İngiltərəli futbolçu bu mövsüm Çempionlar Liqasının ilk pley-off matçında “Seltik”lə (2:1) matçda da fərqlənib.
31 yaşlı hücumçu 2023-cü ilin yayında “Bayern”ə keçib. O, bu müddət ərzində bütün turnirlərdə 72 matçda iştirak edib, 72 qol vurub, 22 məhsuldar ötürmə verib. Onun klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin