Keyn bunu da bacardı

“Tottenhem” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Dortmund “Borussiya”sını minimal hesabla məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, görüşdə yeganə qolun müəllifi olan Harri Keyn, klubun tarixinə düşüb. Belə ki, ingilis forvard, “Tottenhem”in avrokuboklarda ən çox qol vuran futbolçusu ünvanını qazanıb. Onun aktivində 24 qol var.

Bundan əvvəl “Tottenhem”in avrokuboklarda ən çox qol vuran futbolçusu Cermeyn Defo idi. 2004-2007 və 2009-2013-cü illər aralığında “Tottenhem”də çıxış edən Defo, avrokuboklarda 23 qola imza atıb.

İlk oyunda “Borussiya”nı 3:0 hesabıyla məğlub edən “Tottenhem”, cavab matçında da rəqibi minimal hesabla məğlub edərək, ÇL-də 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button