Keyn 60 illik rekordu yeniləyib

“Bayern”in hücumçusu Harri Keyn Almaniya çempionatında 2023/2024 mövsümündə 32-ci qolunu Bundesliqanın 28-ci turunun “Haydenhaym”la oyununda (2:3) vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, matçın 38-ci dəqiqəsində Serj Qnabrinin ötürməsi ilə hesabı açıb. Bu qol ingilis futbolçu üçün rekorddur. Bundesliqa tarixində ilk dəfə turnirdə bir futbolçu bu qədər qol vurur.

Əvvəlki rekord (31) 1963/1964 mövsümündə “Hamburq”un və Almaniya millisinin keçmiş oyunçusu Uve Zeelere məxsus idi.

Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bayern”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button