Keyn yeni rekorda imza atıb
“Bayern”in hücumçusu Harri Keyn Almaniya çempionatının 15-ci turunun “Ştutqart”la matçında (3:0) dubl edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu Bundesliqada 19 və 20-ci qollarını vurub. Bu qollar üçün ona cəmi 14 matç yetərli olub. Keyn belə qısa zamanda bu sayda qol vurmaqla, yeni rekorda imza atıb.
O, həmçinin 5 məhsuldar ötürmə edib.
Keyn yayda 95 milyon avroya “Tottenhem”dən “Bayern”ə keçib. 30 yaşlı hücumçu bu mövsüm Münhenin heyətində bütün turnirlərdə 20 oyun keçirib, 22 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin