Keyndən yeni Bundesliqada rekord
“Bayern”in hücumçusu Harri Keyn Almaniya çempionatında qol rekorduna imza atıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu Bundesliqanın 11-ci turunda “Haydenhaym”la qarşılaşmada (4:2) dubla imza atıb. Forvard Almaniya çempionatının 11 turunda 17 qol vuran ilk futbolçu olub.
Bundan əvvəl Keyn Bundesliqa tarixində 10 start matçında 15 qol vuran ilk oyunçu olub.
30 yaşlı hücumçu bu mövsüm 16 oyun keçirib, 21 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin