
Keyn karyerasındakı ilk tituldan danışdı
“Bayern”in hücumçusu Harri Keyn peşəkar karyerasındakı ilk titul barədə fikirlərini bölüşüb.
İngiltərəli forvard Bundesliqada komandasının çempionluğu ilə ilk dəfə titul sevinci yaşayıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu bu uğura çatmaq üçün çox çalışdıqlarını bildirib:
“Əla hissdir. Bu uğura çatmaq üçün çox çalışmışıq. Bu, böyük əməklərin nəticəsidir. Karyeramda ilk titulu qazanmaq mənim üçün çox xoşdur. Dəstək göstərən hər kəsə təşəkkür edirəm. Bunu çox dəyərləndirirəm”.
Keyn cari Almaniya çempionatında 29 oyuna çıxıb, 24 qol vurub və 7 məhsuldar ötürmə edib. O, “Bayern”ə transfer olunmazdan əvvəl “Tottenhem”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



