Keyn bu gün “Bayern”də debüt edəcək?

“Bayern” “Tottenhem”in hücumçusu Harri Keynin keçidini bitirməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli forvard tibbi müayinənin ilk hissəsini uğurla tamamlayıb. Münhen klubu futbolçunun bu gün baş tutacaq Almaniya superkuboku çərçivəsində “Leyptsiq”lə görüşündə debüt etməsi üçün işləri davam etdirir.

Londonlular Keynin satışından 100 milyon avro+20 milyon avro bonus qazanc əldə edə bilərlər. 30 yaşlı forvardın Bundesliqa klubu ilə 4 illik müqavilə imzalayacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button