
“Bayern” rəsmisi Keynin gələcəyi haqda danışdı
“Bayern”in idman direktoru Kristof Freund hücumçu Harri Keynin klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Hər üç gündən bir hər kəs onun komanda üçün nə qədər vacib olduğunu və “Bayern”də oynamaqdan nə qədər həzz aldığını görür. Keyn bizim üçün çox önəmlidir və biz onun burada olmasından şadıq. Ümid edirəm ki, tərəfdaşlığımız uzun müddət davam edəcək”.
32 yaşlı ingilis futbolçu Çempionlar Liqasında “Pafos”a 5:1 hesabı ilə qalib gəldikləri oyunda iki qol vurub. Onun Münhen klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



