
“Keyn belə davam edərsə, növbəti “qızıl top”a iddialı olacaq”
“Bayern”in sabiq futbolçusu Lotar Matteus komandanın hücumçusu Harri Keynin cari mövsümdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:
“Hazırda daha yaxşı hücumçu yoxdur! Mən təkcə onun qol vurmasından danışmıram. Mən onun çox yönlülüyünü və mövqeyini də qeyd etmək istəyirəm. O, yaxşı ötürmə verməyi və rəqibdən top almağı bacardığını nümayiş etdirdi. Harri belə davam edərsə, növbəti “qızıl top”a iddialı olacaq”.
32 yaşlı ingilis futbolçu bu mövsüm 11 matçda meydana çıxıb, 19 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



