Keyn yeni baş məşqçinin oyun fəlsəfəsindən danışdı

“Bayern”in hücumçusu Harri Keyn yeni baş məşqçi Vensan Kompaninin rəhbərliyi altında komandanın oyun tərzi ilə bağlı sualları cavablandırıb.

Komanda.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, ingiltərəli futbolçu Kompaninin rəhbərliyi altında təzyiqin daha çox olduğunu bildirib:

“Kompaninin rəhbərliyi altında daha çox təzyiq varmı? Bəli, mütləq. Mən cəmi bir dəfə məşq etdim və “Tottenhem”ə qarşı 10 dəqiqə meydanda oldum. Bu 10 dəqiqə mənim üçün çətin oldu. Amma belə intensivliyi xoşlayıram, məğlubiyyətdən sonra topu mümkün qədər tez geri qaytarmağa çalışmağı xoşlayıram. Məhz buna görə də mövsümöncəsi hazırlıq lazımdır – məşqçinin ideyalarını həqiqətən dərk etmək və onları həyata keçirmək üçün”.

Belçikalı mütəxəssis ötən mövsüm başa çatdıqdan sonra Tomas Tuxeli əvəzləyərək, Münhen təmsilçisinə rəhbərlik etməyə başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button