Keyn: “Tottenhem”ə dönəcəyimə əmin deyiləm”

“Bayern”in hücumçusu Harri Keyn keçmiş komandası “Tottenhem”ə qayıtmaq ehtimalı barədə danışıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu geri dönəcəyinə əmin olmadığını bildirib:

“Geri dönəcəyimə əmin deyiləm. Münhendə özümü çox rahat hiss edirəm. Hazırda bu barədə düşünmürəm. “Tottenhem” mənim həyatımın bir hissəsidir. Orada həyatımın böyük bir dövrünü keçirmişəm. Həmişə onların azarkeşi olacam və komandaya diqqət yetirəcəm.

“Tottenhem” hər zaman mənim üçün xüsusi olacaq, amma mən “Bayern”də xoşbəxtəm. Bu il “Tottenhem”in UEFA Avropa Liqasında qalib gəlməsi çox xoş idi. Hələ də orada çoxlu dostum var – həm futbolçular, həm də klub əməkdaşları arasında”.

“Tottenhem” bu ilin yazında Avropa Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button