Keyn “Bayern”də – Rəsmi
İngiltərə millisinin futbolçusu Harri Keyn Almaniyanın “Bayern” klubuna keçib.
Komanda.az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
London klubunun yetirməsi olan Keyn ölkəsinin “Leyton Orient”, “Milluoll”, “Norviç” və “Lester” komandalarında da çıxış edib. O, son 10 ili “Tottenhem”in əsas komandasında keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin