“Keyn “Bayern”ə kömək edə biləcək yeganə hücumçudur” – Podolski
Almaniya yığmasının və “Bayern”in sabiq hücumçusu Lukas Podolski “Tottenhem”in futbolçusu Harri Keynin Münhen klubuna mümkün transferi ilə bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Bayern” Keyni transfer edə bilərmi” sualını belə cavablandırıb:
“Məncə, bəli. “Bayern”in fəxri prezidenti Uli Höness də açıqlama veribsə, deməli, irəliləyiş əldə olunub.
Həqiqətən, Keyn “Bayern”ə kömək edə biləcək yeganə hücumçudur. Onun hazırkı yaşı da transfer üçün uyğundur. Klassik 9 nömrədir və qollar vurmağı bacarır”.
İngiltərə millisinin üzvü başa çatan mövsümdə paytaxt klubunun heyətində 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin