DÇ-2022: “Keynə yazığım gəlir”
Fransa millisinin qapıçısı Uqo Lloris DÇ-2022-nin 1/4 finalının İngiltərə ilə matçından sonra fikirlərini bölüşüb.
Komanda.az “TF1”-ə istinadən xəbər verir ki, o, “Tottenhem” klubundakı komanda yoldaşı Harri Keynin DÇ-2022-ni tərk etdiyi üçün üzüldüyünü bildirib:
“Yarımfinala yüksəldiyimiz üçün çox şadam. Düzünü desəm, Harri Keynə yazığım gəlir. Mən onu çox yaxşı tanıyıram və hörmət edirəm. Komanda yoldaşının dünya çempionatını tərk etdikdən sonra üzüldüyünü görmək çətindir”.
Fransa millisi DÇ-2022-nin 1/4 final mərhələsində İngiltərəni məğlub edərək (2:1), yarımfinala vəsiqə qazanıb. Onların rəqibi Mərakeş kollektivi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin