“Keynə 100 milyon avro ödəmək düzgündürmü?” – Matteus
Almaniyalı keçmiş futbolçu Lotar Matteus “Bayern”in “Tottenhem”dən Harri Keyni transfer etmək istəyinə şübhə ilə yanaşır.
Komanda.az “Sky Sport Deutschland”-a istinadən xəbər verir ki, Matteus, ingiltərəli hücumçunun 100 milyon avroya dəyib-dəymədiyinin mübahisəli olduğunu bildirib:
“Bayern” Keynin xəyallarının hücumçusu olduğunu deyir. Müqavilə nə qədər tez bağlansa, bir o qədər yaxşıdır.
Keynin bu pula dəyib-dəymədiyini mühakimə edə bilmərəm. Bilirəm ki, o, dünyanın ən yaxşı hücumçularından biridir, qol vuran “maşın”dır. O, ağıllıdır, yaxşı qaçır və hücumu idarə edir. Amma bilmirəm, yaşı 30-a yaxın olan oyunçuya 100 milyon avro ödəmək düzgündürmü? Bu, mübahisəlidir. Robert Levandovskinin müqaviləsini üç il uzadıb, maaşını qaldırsaydız, daha ucuz olardı. Keçən il heç bir məyusluq olmazdı və Keyn üçün indi belə bir məbləğ xərcləməli olmazdız.
Keynin “Bayern”ə keçmək istəməsi onların hələ də Avropanın top klubu olduğunu göstərir”.
Bizi Facebook-da izləyin