![](https://komanda.az/wp-content/uploads/2023/11/harri-keyn.jpeg)
“Bayern”in Keynə qoyduğu qiymət bəlli olub
2023-cü ilin yayında Münhen klubuna 100 milyon avroya keçən Harri Keynin hazırda müqaviləsindəki satın alma maddəsi 65 milyon avro təşkil edir.
Komanda.az xəbər verir ki, bu barədə Almaniyanın “Sport Bild” nəşri məlumat yayıb.
Keynin “Bayern”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. İngiltərəli hücumçu bu mövsüm münhenlilərin heyətində bütün turnirlərdə 26 oyun keçirib, 26 qol vurub, 10 məhsuldar ötürmə edib.
31 yaşlı forvard Münhen klubunda debüt mövsümündə bir dənə də olsun kubok qazana bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin