
De Bruyne Cerrardın bacardığını bacardı
“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne “Liverpul”un keçmiş kapitanı Stiven Cerrardın İngiltərə Premyer Liqasındakı nailiyyətini təkrarlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi buna “Vulverhempton”u 3:0 hesabı ilə məğlub etdikləri 7-ci tur oyununda nail olub.
Belçikalı futbolçu oyunda iki məhsuldar ötürmə edib və Premyer Liqada ötürmələrinin sayını 92-yə yüksəldib.
Cerrard 504, Kevin de Brüyne isə 287 qarşılaşmada bu göstəriciyə çatıb.
Kevin de Bruyne 2015-ci ildən “şəhərlilər”in formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin