Kessye “Barselona” rəhbərliyinə müraciət edəcək – “Əl-Əhli”yə görə

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli”yə keçməkdə maraqlı olan “Barselona”nın yarımmüdafiəçisi Frank Kessye klub rəhbərliyinə azad agent kimi ayrılmaq barədə müraciət edəcək.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, ərəblər 26 yaşlı futbolçunu heyətə cəlb edə bilsə, ona bonuslardan yüksək məbləğdə ödəniş verməyə hazır olduqlarını deyiblər.

“Barsa” Kessyenin satışından əldə olunan vəsaitlə “İnter”in yarımmüdafiəçisi Marselo Brozoviçi transfer etmək barədə düşünür.

Kessye 2022-ci ilin yayından Kataloniya təmsilçisində forma geyinir. Onun klubla sözləşməsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

O, 2022/23 mövsümündə La Liqa təmsilçisinin heyətində 43 oyuna çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button