Kessye Messinin qolunu “unutdurdu”
“Barselona” İspaniya La Liqasının 26-cı turunda “Real”ı məğlub edib (2:1). Əsas vaxtın sonuna əlavə edilən dəqiqədə (92-ci dəqiqə) Kataloniya təmsilçisinin qələbə qolunu Frank Kessye vurub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da, həmin qol 2017-ci ilin aprelindən bəri İspaniya çempionatında keçirilən “el klasiko”lar tarixində ən sonuncu dəqiqədə vurulan qol olub.
Öncədən “Barsa”nın keçmiş hücumçusu Lionel Messi 91-ci dəqiqədə vurduğu qolla komandasına qələbə qazandıra bilmişdi. Həmin qarşılaşmada kataloniyalılar Madrid təmsilçisini 3:2 hesabı ilə məğlub etmişdilər.
Kataloniya təmsilçisi hazırda İspaniya çempionatının turnir cədvəlində 68 xalla birinci, “kral klubu” isə 56 xalla ikincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin