Azərbaycanlı futbolçu Tailandın 3-cü liqa klubunda

“Keşlə”nin sabiq futbolçusu Məmməd Quliyev karyerasını Tailandda davam etdirəcək.

Komanda.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Kamhenqphet”ə transfer olunub. Bu barədə klubun rəsmi “facebook” səhifəsi məlumat yayıb. Quliyev, 3-cü liqa təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

2016-2018-ci illərdə “Keşlə”də forma geyinən Məmmədin son klubu “Şüvəlan” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button