“Keşlə”nin rəqibində ayrılıq
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Keşlə”nin rəqibi olan Rusiyanın “Soçi” klubu müdafiəçisi Elmur Nabiullinlə yolları ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu ilə müddəti bitən müqaviləni yeniləməyə ehtiyac duyulmayıb.
Qeyd edək ki, Nabiullin “Soçi”də oynadığı 2 mövsümdə ümumilikdə 36 matçda meydana çıxıb.
Xatırladaq ki, “Keşlə” “Soçi” ilə ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin