“Keşlə”nin qapıçısı Şotlandiyaya qarşı 90 dəqiqə oynadı
“Keşlə”nin qapıçısı Stanislav Namaşko Moldova millisində növbəti oyuna çıxıb.
Komanda.az xəbər verir ki, 35 yaşlı qolkiper, DÇ-2022-nin seçmə mərhələsində Şotlandiya ilə matçın iştirakçısı olub.
Moldovada keçirilən qarşılaşma Şotlandiya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandasının start heyətində meydana çıxan Namaşko 90 dəqiqə meydanda olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin