Uğursuzluğa son: 350-ci qələbə ilə
“Keşlə”nin Premyer Liqadakı qələbəsiz oyunlar seriyası qırılıb.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi 24-cü turda “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında ilk çempionat qələbəsini bayram edən bakılılar sonuncu dəfə 9-cu turda üç xala sevinib.
Ötən il noyabrın 7-də evdə “Qəbələ”ni 3:1 hesabı ilə üstələyən “Keşlə” 14 matçlıq qələbəsizliyə 169 gündən sonra son qoyub.
Bu, klub tarixinə yubiley uğuru kimi düşüb. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında çıxış edən komanda 350-ci qələbəsini qazanıb. İlk rəsmi matçını 1997/98 mövsümündə ölkə kubokunda keçirən bakılılar tarixinin 740-cı matçında 350-ci dəfə qalib gəlib. Bunlardan 274-ü Premyer Liqa, 52-si Azərbaycan kuboku, 16-sı avrokuboklar (1-i Çempionlar Liqası, 12-si Avropa Liqası, 3-ü İntertoto kuboku), 8-i Birlik kubokuna təsadüf edib.
Bizi Facebook-da izləyin