“Keşlə”nin məşqçisi: “İrəli çıxsaq, çoxlu təhlükələr ola bilərdi”

“Keşlə”nin məşqçisi Zaur İsmayılov Azərbaycan Premyer Liqasında 6-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Ağır oyun keçdi. Hər iki komanda son sıralarda idi. Hər iki tərəfə qələbə lazım idi. Sevinən tərəf biz olduq. Uşaqlara təşəkkür edirəm. Rəqibə uğurlar arzulayıram. Baş məşqçi Sənan Qurbanov texniki zonada yer almasa da, tribunadan göstərişlərini verirdi. Qələbəmiz çoxdan gözlənilirdi. Rəqibi mərkəzdə qarşılamaq istəyirdik. Erkən qoldan sonra da arxaya çəkildik. Bu, rəqibin hücumları ilə bağlı idi. “Sabah”da texnikalı futbolçular çoxdur. İrəli çıxsaq, çoxlu təhlükələr ola bilərdi. Felipe Santos tərbiyəsiz jest etdi? Mən bunu görmədim. Baxacağıq, belə bir şey olubsa, cəzasını alacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button