“Keşlə”nin keçmiş məşqçisinə ömürlük cəza
Ermənistanın futbol çempionatının birinci dəstəsində 5 klub və 58 şəxsin adının danışılmış oyunlarda hallandığı üçün 2019/20 mövsümünün yarımçıq dayandırıldığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, 58 nəfərdən 45-i futbol fəaliyyətindən ömürlük məhrum edilib. Cəzalı futbolçu, məşqçi və funksionerlərin 25-i Ukrayna vətəndaşıdır. Onların 20-si heç vaxt futbolla məşğul ola bilməzlər. Ömürlük cəzaya məruz qalanlardan biri vaxtilə Azərbaycanda məşqçi kimi fəaliyyət göstərmiş Anatoli Piskovetsdir. Yerevan “Lokomotiv”inin keçmiş baş məşqçisi 2005-ci ildə Bakının “İnter” (hazırkı “Keşlə”) və Zaqatalanın “Simurq” komandalarında məşqçi kimi fəaliyyət göstərib.
Yerevan “Torpedo”sunun futbolçusu kimi 1 illik cəzaya məruz qalan Miroslav Deda isə “Qarabağ”ın U-19 komandasında çıxış etmiş hücumçu Yaroslav Dedanın əkiz qardaşıdır.
Bizi Facebook-da izləyin