“Keşlə”nin hakimləri təhqir edən baş məşqçisinə 5 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

1-ci divizionun 14-cü turunun “Qəbələ-2” – “Kəpəz” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur;

“Kəpəz” klubunun futbolçusu Nicat Süleymanov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;

“Kəpəz” klubunun futbolçusu Ümid Səmədov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;

14-cü turun “Qaradağ Lökbatan” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının futbolçusu Ayxan Süleymanlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur;

“Qaradağ Lökbatan” klubunun futbolçusu Ceyhun Muxtarlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

14-cü turun “Sabah-2” – “Neftçi-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur;

“Neftçi-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur;

14-cü turun MOİK – “Turan Tovuz” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;

MOİK klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur;

MOİK klubunun futbolçusu Fərmayıl Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

MOİK klubunun futbolçusu Qabil Sabirli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına və matç bitdikdən sonra yenidən meydançaya daxil olub hakimlər briqadasını təhqir etdiyinə görə 6 oyun cəzalanır, klub 480 manat cərimə olunur;

14-cü turun “Zirə-2” – “Səbail-2” oyununda “Zirə-2” komandasının futbolçusu Cavad Qurbanlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Səbail-2” komandasının futbolçusu Emin Rüstəmov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

14-cü turun “Zaqatala” – “Keşlə-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;

“Zaqatala” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;

“Keşlə-2” komandasının baş məşqçisi Rüstəm Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur;

“Keşlə-2” komandasının futbolçusu Kamal Kazımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;

“Keşlə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button