“Bütün məşqçilərimə demişəm, xaricdən təkliflər var” – “Keşlə”nin futbolçusu
“Keşlə”nin futbolçusu Vüsal İsgəndərli bir neçə xarici klubdan təklif alıb.
Komanda.az xəbər verir ki, bu barədə 24 yaşlı hücumçu “Baku TV”-yə müsahibəsində deyib:
“Bütün məşqçilərimə demişəm, xaricdən təkliflər var. Klubun prezidenti də bilir ki, nə təkliflər var. Mənə tövsiyə olunan, hələ tələsməyib, bir il daha çox oynamaq, milliyə dəvət almaqdır. Bundan sonra daha yaxşı çempionata getmək olar. Avropa ölkələrinə daha çox menecerlər, skautlar baxır, nəinki Azərbaycana. O da bir variant olub ki, ora gedib, ordan başqa ölkəyə getmək olar. Yenə də xeyirlisi”.
Vüsal İsgəndərli Premyer Liqada 14 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin