“Keşlə” rəsmisi: Heç kimə borcumuz yoxdur
“Keşlə” Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə “Neftçi”yə 0:2 hesabı ilə uduzub.
Komanda.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Keşlə”nin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov klubda maliyyə probleminin olduğu haqda iddialara cavab verib:
“Klubun maliyyə cəhətdən problemi, heç bir futbolçuya borcu yoxdur. Məvaciblərin verilməsində cüzi gecikmələr ola bilər, ancaq heç kimə borcumuz yoxdur”.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin