“Keşlə” milli üzvü ilə müqaviləni yenilədi
“Keşlə” klubu futbolçusu Azər Salahlı ilə yeni müqavilə imzalayıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Bundan başqa, “Neftçi”dən icarəyə götürülmüş Rəhman Hacıyev və Turan Vəlizadə ilə 1 illik yeni sözləşmə imzalanıb.
Azər Salahlı Azərbaycan milli komandasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin