“Keşlə” ilə “Qəbələ”nin 56-cı dueli

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə bu həftə yekun vurulacaq.

Komanda.az xəbər verir ki, sonuncu – XXVIII turun oyunları eyni gündə keçiriləcək.

“Qəbələ” mövsümə səfər matçı ilə yekun vuracaq. “Qırmızı-qaralar” rəqib meydanında “Keşlə” ilə üz-üzə gələcək.

Bakıdakı “ASK Arena”da təşkil olunacaq görüş iki komanda arasında 56-cı duel olacaq. İlk dəfə 2006-cı ildə üz-üzə gələn rəqiblər indiyədək 55 dəfə qarşılaşıb. Aktivində 17 qələbə olan “Qəbələ” 18 matçdan sülhlə ayrılıb. Digər 20 matçda bakılılar qalib gəlib. Rəqib qapısından 57 top keçirən “Qəbələ” futbolçuları 72 qol buraxıblar. Bu komandanın heyətində Daniel Subotiç daha çox – 5 qol vurub.

5 dəfə Azərbaycan kubokunda üz-üzə gələn rəqiblər 51-ci çempionat matçına çıxacaq. Əvvəlki 50 qarşılaşmadan 14-də üç, 18-də bir xal qazanan “Qəbələ” 18 dəfə uduzub. Paytaxt təmsilçisi top fərqində də üstündür – 65:50.

“Qəbələ” 27-ci dəfə “Keşlə” ilə rəqib meydanında görüşəcək. 8 səfər qələbəsi olan “qırmızı-qaralar” 6 heç-heçə edib və 12 dəfə uduzub. Rəqib meydanında 27 qol vuran “Qəbələ” futbolçuları 43 top buraxıblar.

Xatırladaq ki, mayın 19-da keçiriləcək “Keşlə” – “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button