“Keşlə” legioneri ilə yollarını ayırdı
“Keşlə” futbolçusu Dmitro Klotsla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə “Footboom” portalı məlumat yayıb. Xəbərdə, Bakı klubunun ukraynalı yarımmüdafiəçi ilə müqaviləyə xitam verdiyi bildirilib.
Ötən ilin yayından “Keşlə”də çıxış edən Klotsun müqaviləsi mövsümün sonuna qədər idi. 24 yaşlı yarımmüdafiəçi Premyer Liqada 13 oyunda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin