Mövsümdə ilk, Premyer Liqada 30-cu
“Keşlə” cari mövsümdə ilk dəfə qapısını toxunulmaz saxlayıb.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, 6-cı turun “Sabah”la ev oyununda 2:0 hesabı ilə qalib gələn qəsəbə təmsilçisinin qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 30-cu “quru oyun”unu keçirib. 103-cü matça çıxan moldovalı qolkiper bu görüşlərdə 126 top buraxıb.
Namaşko Azərbaycan çempionatlarında 30 və daha çox “quru oyun” keçirən 39-cu qapıçıdır. Stanislav bu siyahıda 9-cu legionerdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin