“İndi deyirsiz ki, “Keşlə” klubunu da bağlayaq?”
AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, Məmmədov, “Keşlə”nin vəziyyətinə də toxunub:
“Keşlə”yə xərclənən vəsaiti bölgə klubları üçün də istifadə edə bilərdik. “Keşlə”nin borclarını bağladıq. Bu komanda Premyer Liqaya necə gəlib? “Keşlə” “İnter”in davamçısı kimi fəaliyyət göstərir. “İnter”in bütün borcları ötən il ödənildi. İndi deyirsiz ki, “Keşlə” klubunu da bağlayaq, şəhərin mərkəzində gözəl infrastruktur boş qalsın?”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin