“Keşlə”nin şikayəti təmin edilmədi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Keşlə” klubunun apellyasiya şikayəti təmin edilməyib.
AFFA İntizam Komitəsinin paytaxt təmsilçisi və komandanın müdafiəçisi Şəhriyar Əliyev barədə verdiyi qərar qüvvədə saxlanılıb.
Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndərilməlidir.
Əliyev səfərdə “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın 2-ci tur matçının 90+5-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılıb, klubu isə 3200 manat məbləğində cərimələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin