Əliyev qol vurdu, komandası “Keşlə”nin rəqibinə uduzdu
“Keşlə”nin Konfrans Liqasının 2-ci mərhələsindəki rəqibi “Soçi” (Rusiya) növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, Vladimir Fedotovun rəhbərlik etdiyi kollektiv “Ximki” ilə qarşılaşıb. Matç “Soçi”nin 3:2 hesablı qələbəsiylə başa çatıb. “Soçi”nin heyətində Rodriqo, Zanka və Yusupov fərqlənib.
“Ximki”nin heyətində çıxış edən azərbaycanlı futbolçu Kamran Əliyev də bu matçın iştirakçısı olub. O, 74-cü dəqiqədə komandasının ikinci qoluna imza atıb.
“Soçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Keşlə” ilə üz-üzə gələcək. “Keşlə” ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab matçı isə bir həftə sonra Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin