“Keşlə”nin hazırlıq planı bilindi
Növbəti mövsümün hazırlıqlarına Bakıda başlayan “Keşlə” Türkiyəyə yollanacaq.
Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, iyulun 27-dən avqustun 5-dək davam edəcək təlim-məşq toplanışı Bolu vilayətinin Gerede şəhərində keçiriləcək.
“Keşlə” toplanış çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır. Belə ki, iyulun 31-də bakılılar Türkiyənin 1-ci liqa təmsilçisi “Osmanlıspor” ilə qarşılaşacaq.
Növbəti oyunların avqustun 2-də və 4-də keçirilməsi gözlənilir. Rəqiblər isə hələ məlum deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin