“Zaur Axundov “Keşlə”də qalmağımı istədi” – Sezar Meza Kolli

“Keşlə”nin futbolçusu Sezar Meza Kolli açıqlama verib.

Komanda.az xəbər verir ki, Paraqvay mətbuatına danışan Sezar, “Keşlə”nin prezidenti Zaur Axundovun ondan klubda qalmasını istədiyini deyib:

“Keşlə” ilə müqaviləm ayın sonunda bitir. Klubun prezidenti Zaur Axundov bu haqda danışmaq üçün məni çağırdı. Onunla yaxşı münasibətlərim var, ata-oğul kimiyik. Görüşüb, danışdıq. Zaur Axundov “Keşlə”də qalmağımı istədi. Lakin indi qələbənin dadını çıxarıram. Sonra karyeramla bağlı ağıllı qərar verəcəm”.

“Keşlə” ilə müqaviləsi bitən Sezarla “Neftçi” yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button