“Vurduğum qola görə şadam, amma…” – “Keşlə”nin futbolçusu
“Keşlə”nin futbolçusu Felipe Santos Premyer Liqada “Səbail”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, “instaqram” hesabında paylaşım edən braziliyalı yarımmüdafiəçi, bunları qeyd edib:
“Vurduğum qola görə şadam, amma nəticəyə görə yox. Hansı ki, son dəqiqədə qələbəni əldən verdik. Hələ 2021-ci il bitməyib. Sona qədər mübarizə aparacam”.
“Keşlə” – “Səbail” matçı 2:2 hesabıyla bitib. Felipe bu oyunda penaltidən fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin