“Keşlə”ni məyus edən 300-cü qol
“Keşlə” Azərbaycan çempionatlarında səfərdə keçirdiyi oyunlarda 300-cü qolu buraxıb.
Komanda.az xəbər verir ki, “Sumqayıt”ın qonağı olan paytaxt klubu 1:2 hesabı ilə uduzub. Cavid Tağıyevin 85-ci dəqiqədə vurduğu qol “Keşlə”nin səfərdə buraxdığı 300-cü qol olub.
Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış etmiş “Keşlə” rəqib meydanlardakı 269-cu qarşılaşmada 300-cü qolu buraxıb. “Keşlə” çempionatlar tarixində 300 və daha çox qol buraxan 5-ci komanda olub. Antirekord isə 432 top buraxan “Turan”a məxsusdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin