“Keşlə”dən daha bir transfer

Avropa Konfransı Liqasına hazırlaşan “Keşlə” daha bir transfer reallaşdırıb.

Komanda.az xəbər verir ki, paytaxt klubu brazliyalı futbolçu Felipe Santosu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 1 ili əhatə edən əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, Santosun son klubu Sloveniyanın 1-ci liqasında çıxış edən “Maribor” komandası olub. O, daha öncə “Palmeyras” və “Ankaran”da da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button