“Keşlə”də yeni futbolçu – rəsmi

“Keşlə” klubu yeni futbolçu ilə müqavilə imzalayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Nicat Qurbanov bundan sonra “Keşlə”nin uğurları üçün çalışacaq. 28 yaşlı yarımmüdafiəçi ilin sonuna qədər paytaxt təmsilçisinin formasını geyinəcək.

Qurbanov karyerası ərzində “Simurq”, “Neftçi”, AZAL, “Zirə”, “Kəpəz”, “Sumqayıt” və son olaraq Gürcüstanın “Samtrediya” klubunda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button