“Keşlə” mart ayından yeni adla oynayacaq
“Keşlə” yeni adla mart ayından oyunlarını təşkil edəcək”.
Komanda.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
O, bildirib ki, klubun “Şamaxı” adlandırılması ilə bağlı AFFA və PFL-ə sənədlər göndərilib:
“Öz tərəfimizdən bu yeniliyi təsdiqləmişik. İndi UEFA-dan cavab gözləyirik. Əsas məqsədimiz odur ki, “İnter” və “Keşlə”nin özünəməxsus tarixi itməsin”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin