“Keşlə” legioneri ilə vidalaşdı
“Keşlə” müdafiəçisi Miyuşko Boyoviçlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub rəhbərliyi ilə futbolçu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Paytaxt klubu futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib və gələcək karyerasında ona uğurlar arzulayıb.
33 yaşlı monteneqrolu futbolçu 2019-cu ildən “Keşlə”nin uğurları üçün çalışırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin