“Keşlə”nin Konfrans Liqası matçına buraxılacaq azarkeş sayı bilindi

“Keşlə” Konfrans Liqasının 2-ci mərhələsinin ilk oyununda iyulun 22-də Rusiyada “Soçi” komandası ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, sözügedən oyuna 500 azarkeş buraxılacaq. Bu barədə “Soçi” komandasının baş məşqçisi Vladimir Fedetov yerli mətbuata açıqlamasında deyib. O, koronavirus pandemiyasına görə matça 500 azarkeşin buraxılacağını və bu qərara hörmətlə yanaşdıqlarını deyib.

İyulun 22-da Soçidə keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button