Azərbaycanda stadionda oğurluq – Mobil telefon, 1200 manat və 100 dollar
“Keşlə” klubunun ev oyunlarını keçirdiyi “ASK Arena”da oğurluq olub.
Komanda.az xəbər verir ki, hadisə sentyabrın 15-də, saat 12:00 radələrində baş verib. Belə ki, stadionun paltardəyişmə otağında 2000-ci il təvəllüdlü Zahid Uğurlunun mobil telefonu, içərisində 1200 manat olan pul kisəsi və 2003-cü təvəllüdlü Adil Abbasovun 100 dolları oğurlanıb (oxu.az).
Məsələ ilə bağlı araşdırma aparılır.
“ASK Arena”da hazırda təmir işləri getdiyi üçün “Keşlə” ev oyunlarını 8-ci km stadionunda keçirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin