“Keşlə”dən ayrıldı, Latviya klubuna keçdi
“Keşlə” klubu ilə yollarını ayıran Edvinas Girdvainisin yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Latviyanın RFS klubuna transfer olunub. Bu barədə Riqa təmsilçisinin rəsmi “facebook” hesabı məlumat yayıb.
Girdvainis son mövsümdə “Keşlə”nin heyətində 18 oyunda iştirak etmişdi. Müdafiəçi eyni zamanda Litva millisinin də formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin