
“Keşlə” 1-ci divizion klubu ilə bacarmadı
“Keşlə” klubu bu gün yoxlama görüşündə qüvvəsini sınayıb.
Komanda.az xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv “Qaradağ Lökbatan”la qarşılaşıb.
1-ci divizion təmsilçisi ilə görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilib. Oyunda qalib müəyyənləşməyib – 1:1. “Keşlə”nin yeganə qolunu Lorenso Frutos rəqib qapısından keçirib.
Yoxlama oyunu
12 oktyabr
Keşlə – Qaradağ Lökbatan 1:1
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin