“Azərbaycan klubu ilə işimizin çətin olacağını bilirik” – “Laçi”nin baş məşqçisi
“Keşlə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Laçi” yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Albaniya təmsilçisi “Apoloniya” ilə qarşılaşıb və görüş “Laçi”nin 1:0 hesablı qələbəsiylə başa çatıb.
“Laçi”nin baş məşqçisi Armando Kunqu oyundan sonra yerli mətbuata açıqlama verib:
“Ümumiyyətlə, ilk hissədə komandamdan razı qaldım. Bəzi imkanlarımız olsa da, bundan istifadə edə bilmədik. Azərbaycan klubu ilə işimizin çətin olacağını bilirik. Ancaq onlara qarşı emosional yüklər olmadan oynayacağıq”.
Avqustun 27-də, “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” matçı saat 21:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin