
“Keşlə” son matçında qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün Antalyada son yoxlama matçını keçirib.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisi Rusiyanın “Çertanovo” komandasıyla qarşılaşıb. Saat 13:00-da başlayan oyunda qələbə qazanan tərəf “Keşlə” olub. Bakı təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
“Keşlə” əvvəlki yoxlama matçlarında Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Serbiya “Dinamo”suna (Vranye) 0:2, Qazaxıstan “Atırau”suna 1:3 hesabı ilə uduzub.
Yoxlama oyunu
25 yanvar
Keşlə – Çertanovo (Rusiya) 1:0
Qol: Slavik Alxasov, 65.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin